Daha bir hərbçimizi itirdik
Abşeronda baş verən qəzada hərbçimiz dünyasını dəyişib
13 Avqust 2014 12:18 KriminalBu gün səhər saatlarında Abşeron rayonunda ağır yol qəzası baş verib. Abşeron rayon Polis İdarəsindən "Olaylar"ın Anspress-ə istinadən məlumatına görə, hadisə saat 08:14 radələrində Növxanı qəsəbəsi, "Lukoil" yanacaqdoldurma məntəqəsinin yanında baş verib. Belə ki, 25 yaşlı Nicat Babazadənin idarə etdiyi "Opel" markalı avtomobil ilə "Pajero" markalı maşın toqquşub. Qəza nəticəsində Nicat Babazadə dünyasını dəyişib. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.
Qeyd edək ki, Nicat Babazadə Daxili Qoşunların giziri olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31