Bakıda dəhşətli qəza: ölənlər var

Hadisə Maştağada baş verib

Bakıda ağır yol qəzası baş verib.Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.Bakı şəhər sakini, 24 yaşlı Süleyman Həbibov idarə etdiyi "VAZ-2107" markalı, 90 NP 360 dövlət nömrə nişanlı maşınla yolu keçən piyada, 1978-ci il təvəllüdlü Zahid Kəlbiyevi vurub. Daha sonra idarəetməni itirən sürücü maşını yol kənarındakı "KamAZ" markalı yük maşınına çırpıb.Nəticədə sürücü S. Həbibov və piyada aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər."VAZ-2107"də olan iki sərnişin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31