İrandan gətirilən 201 kiloqram heroin ələ keçirildi - FOTO
13 Avqust 2014 11:03 KriminalTürkiyənin Van şəhərində çəkisi 201 kiloqrama yaxın olan heroin polislər tərəfindən ələ keçirilib.Teleqraf.com xəbər verir ki, əldə olunan məlumata görə narkotik maddə İrandan qeyri-qanuni yollarla Türkiyəyə gətirilib.Qeyd edək ki, gətirilən narkotik maddənin Avropaya aparılacağı planlaşdırılırmış.400 bağlamadan ibarət və ümumi çəkisi 201 kiloqram olan narkotik vasitənin daşınmasında əli olan cinayətkarların aşkar olunması üçün istintaq işləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31