Polis rəisi öldürüldü

Məhəmməd as-Suissi görüşdən qayıdarkən pusquya salınıb

Liviyanın paytaxtı Tripolinin polis rəisi polkovnik Məhəmməd as-Suissi sui-qəsd qurbanı olub.ANS PRESS-in məlumatına görə, bu haqda ölkə hakimiyyəti bildirib.O, şəhər ətrafında keçirilən görüşdən qayıdarkən pusquya salınıb və öldürülüb.Polkovnik üsyançı, istefaya çıxmış general Xəlifə Xəftara tərəfdarı olub.Liviyada istefaya göndərilmiş general Xəlifə Xəftarın tabeçiliyində olan ordu qüvvələri və digər silahlı dəstələr arasında genişmiqyaslı döyüşlər gedir.Ölkə mediası yazır ki, Liviya artıq tam xaos vəziyyətinə yaxınlaşır, yüzlərlə liviyalı ölkənin daxilində silahlı qrupların qarşıdurmasının qurbanı olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31