“Mercedes” dərəyə yuvarlanıb
15 Avqust 2012 13:50 Kriminal"Mercedes" markalı avtomaşın Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhəddi avtomobil yolunun Şabran rayonunun Şahin Vahabzadə küçəsindən keçən hissəsində dərəyə yuvarlanıb. "OLAYLAR" RTV-yə istinadən xəbər veriri ki, hadisə gecə saat 01:00 radələrində Şabran rayonunun Şahin Vahabzadə küçəsində baş verib. Sürücünün idaretməni itirməsi nəticəsində , Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhəddi avtomobil yolu ilə hərəkət edən "Mercedes" markalı avtomaşın yolun sağ tərəfindəki dərəyə yuvarlanıb. Təxminən 20 metr hündürlükdən aşan avtomobil dərənin aşağı hissəsində yerləşən evlərə 5-6 metr qalmış dayanıb. Qəza zamanı sürücü tək olub vəciddi xəsarət almayıb. O şahidlərin köməkliyi ilə maşından çıxarılıb. Fakt hüquq mühafizə orqanları tərəfindən araşdırılır.