Ana və qızının özlərini 9-cu mərtəbədən atmasının səbəbi bilindi
Yasamalda ana və qızı 9-cu mərtəbədən yıxılaraq ölüb
12 Avqust 2014 13:34 KriminalYasamal rayonunda ana və qızının ölümü ilə nəticələnən faciə barədə bəzi məqamlar məlum olub. Hüquq-mühafizə orqanlarından "Olaylar"ın Anspress-ə istinadən məlumatına görə, özünü 9-cu mərtəbədən atan 1997-ci il təvəllüdlü Yeganə Fərzəliyevanı anası xilas etmək istəyib. Lakin qızın anası Kifayət Abbasova balasını xilas edə bilməyib. Nəticədə qadın ya ehtiyatsızlıqdan, yaxud da bilərəkdə 9-cu mərtəbədən yıxılıb. Hazırda ananın intihar edib-etməməsi məlum olmasa da, qızın nə səbəbdən özünü öldürməsi məlumdur. Bildirilir ki, qızın kiçik bacısı bir müddət əvvəl evdən yoxa çıxıbmış. Sonradan qız tapılıb. Bu hadisə 17 yaşlı qıza pis təsir edib. Qızın bu səbəbdən də özünü öldürməsi ehtimal edilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.