Lənkəranskinin killerinə cinayət işi açıldı
12 Avqust 2014 13:00 KriminalRusiyada nüfuzlu avtoritet Rövşən Lənkəranskinin killeri və biznesinə nəzarət edən şəxs kimi tanınan "Çolaq Nazim" ləqəbli Nazim Hümbətovə qarşı cinayət işi açılıb. "Qafqazinfo" Rusiya KİV-nə istinadən xəbər verir ki, Hümbətovun işi ilə bağlı sənədlər artıq Moskva əyalət məhkəməsin təqdim edilib. "Çolaq Nazim" həmin materiallarla tanış olub və prokurorluq materialları məhkəməyə təqdim edib. O, "adamöldürmə" və "saxta sənəd hazırlamaq" maddələri ilə ittiham olunur. İlkin dinləmənin vaxtı isə hələ müəyyən edilməyib.
Qeyd edək ki, Hümbətov 2003-cü ilin sentyabrında 4 azərbaycanlını güllələməkdə ittiham olunur. Əməliyyatçıların sözlərinə görə, onun Rusiya ərazisində onlarla qətldə əli ola bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31