Bakıda ana və 17 yaşlı qızından DƏHŞƏTLİ ƏMƏL

Onların intihar etməsinin səbəbləri hələlik məlum deyil

Bakı şəhərində dəhşətli intihar hadisəsi baş verib. Yasamal rayon Polis İdarəsindənAPA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 09.30 radələrində Yeni Yasamal 2, ev 10 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər. Onların intihar etməsinin səbəbləri hələlik məlum deyil. Polisdən həmçinin bildirilib ki, iki üzvü intihar edən ailənin bir neçə gün əvvəl 14 yaşlı qızları itkin düşüb. Yasamal rayon Polis İdarəsindən Lent.az-a bildirilib ki, intihar edən K.Abbasovanın 14 yaşlı qızı Aytən Fərzəliyeva 4 gün əvvəl itkin düşüb. Qadın 14 yaşlı qızının evdən çıxıb bir daha geri qayıtmaması barədə 2 gün əvvəl polisə müraciət edibmiş. Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31