Sərhədi keçmək istəyəndən narkotik tərkibli dərman aşkar edildi
15 Avqust 2012 13:05 KriminalBilləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Vəzir Əhmədova məxsus çamadana baxış keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı orada gömrük nəzarətinə bəyan olunmayan 2 ədəd qutuda üzərində "Methadone 40" sözləri yazılmış cəmi 190 ədəd həb, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına daxil olan metadon adlı dərman preparatı aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31