Binəqədidə iki nəfər bıçaqlandı, bir nəfər öldü
11 Avqust 2014 17:34 KriminalBinəqədidə dəhşətli qətl hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, avqustun 9-da Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən Beyləqan rayon sakinləri Rəşad Əliyev və Səyavuş Orucov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətiriliblər. Nəticədə R.Əliyev orada ölüb. Hadisəni münaqişə zəminində törətmiş qəsəbə sakini Elnur Tahirov Binəqədi RPİ 4-cü PB əməkdaşları tərəfindən tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31