Şabran rayonunda avtomat və onun sursatları tapılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə rayonun Dəvəçi kəndinin ərazisində baş verib. Kəndin ərazisindən1 ədəd "AKM" markalı avtomat, 152 ədəd avtomat patronu və 3 ədəd patron darağı RPŞ əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31