Bakıda yaşayış binası yanır
11 Avqust 2014 16:55 KriminalBakıda yaşayış binası yanır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsi 23 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən yaşayış binasında baş verən yanğının söndürülməsinə 3 yanğınsöndürən maşın cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31