Bakının mərkəzində yaşayış binasında yanğın

Bakıda yşayış binasında yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Nərimanov rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində 8 ədəd elektrik sayğacı yanıb. Yaxınlığdakı mənzillər yanğından mühafizə olunub. Yanğın saat 05:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31