Yanacaq doldurma məntəqəsi partladı VIDEO

Partlayış anı həvəskar kamera tərəfindən anbaan qeyd alınıb

  Yanacaq doldurma məntəqəsində partlayış hadisəsi baş verib.ANS PRESS-in məlumatına görə, hadisə Dağıstanın paytaxtı Mahaçqalada bir YDM-də meydana gəlib. Partlayış anı həvəskar kamera tərəfindən anbaan qeyd alınıb.Partlayışın benzin stansiyasında qaz sızması sonrası baş verdiyi bildirilib. Bir nəfər YDM ilə üzbəüz binadan partlayış anını telefonun yaddaşına köçürüb.Hadisə nəticəsində bir neçə nəfərin öldüyü və yaralıların olduğu deyilir.Sızıntının artdığı zaman stansiyanın qarşısındakı nəqliyyat vasitələri istiqamətləndirilərək təhlükəli bölgədən uzaqlaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31