Bakıda aptekə silahlı basqın: biznesmen yaralandı

Naməlum şəxslər pulu götürüb aradan çıxıblar

Bakıda quldurluq hadisəsi baş verib. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Şərifzadə küçəsi 131 ünvanında yerləşən aptekə 2 nəfər naməlum şəxs basqın edib. Bıçaqla silahlanmış həmin şəxslər aptekin sahibi, 1960-cı il təvəllüdlü Quliyev Orucəli Tapdıq oğlunu vurublar. Onlar obyekt sahibini bıçaqladıqdan sonra aptekdə axtarış aparıblar və 220 manat pulu götürərək qaçıblar.Hazırda basqınçıların şəxsiyyətinin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31