İmişlidə DƏHŞƏT: Anasını öldürdü, gəlinlərini yaraladı
Hadisə İmişli rayonunun Qaralar kəndində olub
9 Avqust 2014 15:24 Kriminalİmişli rayonunda qətl törədilib.Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə avqustun 8-də İmişli rayonunun Qaralar kəndində qeydə alınıb. Əvvəllər məhkum olunmuş Etibar Məmmədov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində anası Gövhərə və qardaşı arvadı Tünzaləyə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.Nəticədə anası hadisə yerində dünyasını dəyişib, Tünzalə xəstəxanaya yerləşdirilib.İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E.Məmmədov tutulub.Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31