Şəmkirdə dəhşət, ana və iki uşağı vuruldu, körpələr öldü
8 Avqust 2014 16:58 KriminalŞəmkirdə dəhşətli yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, avqustun 7-də saat 22 radələrində Şəmkir rayonu Düyərli kəndinin ərazisində Göygöl rayon sakini Səbuhi İsgəndərov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Zəyəm-Cırdaxan kənd sakinləri Dinarə Bayramovanı, onun azyaşlı oğlu Fəqanı və azyaşlı qızı Gültacı vurub. Uşaqlar hadisə yerində ölüb, Dinarə xəstəxanaya yerləşdirilib. BDYPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31