Şəkidə oğurlanıb sökülən “KAMAZ”ın nömrəsi Bakıda tapıldı
8 Avqust 2014 16:56 KriminalBakıda saxta dövlət nömrəsi ilə işləyən "KAMAZ" aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, bu il yanvarın 29-da Bakı şəhər sakini Eşqin Həsənova məxsus qaçırılmış "KamAZ" markalı avtomobilin Şəki şəhərinin ərazisində hissələrə bölünməsi müəyyən edilib, lakin avtomobilin dövlət qeydiyyat nişanları tapılmayıb. Avqustun 7-də qeyd edilən dövlət qeydiyyat nişanları üzərinə taxılmış "KamAZ" markalı avtomobil Nərimanov rayonu Z.Bünyadov prospektində hərəkətdə olarkən DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən aşkar edilib və görülmüş tədbirlər nəticəsində Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31