Sabunçuda narkobaronun evindən 4 kilo marixuana çıxdı
8 Avqust 2014 16:53 KriminalBakı polisi daha bir narkotika alverçisini yaxalayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Rəşid Zeynalovun evindən 3 kiloqram 700 qram marixuana və həyətyanı sahəsindən ümumi çəkisi 13 kiloqram 200 qram olan 4 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31