Rusiyada saxta pul kəsən şəxs Bakıda ələ keçdi

Rusiyada saxta pul kəsməklə bağlı axtarışa verən cinayətkar Bakıda yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 186-cı maddəsi (saxta pul və ya qiymətli kağızlar hazırlama və ya satma) ilə axtarışda olan İlqar Rüstəmov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31