Bakıda ər arvadını xüsusi amansızlıqla öldürdü
30 Aprel 2012 12:57 KriminalBakıda ər arvadını xüsusi amansızlıqla qətlə yetirib. Hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib. Rayon Prokurorluğundan "OLAYLAR"a verilən məlumata görə, qətl aprelin 28-dən 29-na keçən gecə Qaraçuxur qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1976-cı il təvəllüdlü Adıgözəl İsmayılov həyat yoldaşı Vəfa Hüseynovaya bir neçə bıçaq zərbəsi endirib. Yaxınlarının köməyilə xəstəxanaya çatdırılan Vəfa Hüseynovanın həyatını xilas etmək mümkün olmayıb. Qadın aldığı xəsarətdən orada dünyasını dəyişib. Hadisəni törədən Adıgözəl İsmayılov saxlanılıb. Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilsə də, hələlik konkret səbəb məlum deyil. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.