Kişi arvadını atası evində bıçaqladı

Hadisə Şabran rayonunda baş verib

Şabran rayonunda qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumaata görə, hadisə ötən gün baş verib. Şabran rayonu Gülməli kənd sakini Xubnaz İlyasovanın evində kürəkəni Kamran Qarayev ailə-məişət münaqişəsi zəminində arvadı Leylaya bıçaqla xəsarət yetirib. Şabran RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Qarayayev tutulub. Faktla bağlı araşdırma aparılır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31