İntiqam Əliyev saxlanıldı
8 Avqust 2014 14:04 KriminalHüquq müdafiəçisi İntiqam Əliyev avqustun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb və evində axtarışa başlanılıb. Lent.az-ın xəbərinə görə, bu barədə Azadlıq Radiosuna İ.Əliyevin oğlu Nəcmin Əliyev məlumat verib: "Atamı səhər aparıblar, telefonuna zəng çatmır. İndi bizim Saraydakı evimizdə 10 nəfərə yaxın prokurorluq əməkdaşı axtarış aparır. Hər şeyi yoxlayırlar". N.Əliyevin dediyinə görə, evə gələn prokurorluq əməkdaşları ona axtarış aparmağa icazə ilə bağlı məhkəmə qərarı təqdim ediblər. Bir müddət əvvəl İ.Əliyevin rəhbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyətinin hesabına həbs qoyulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31