14 yaşlı qız özünü 14-cü mərtəbədən atıb

Bakıda intihar hadisəsi baş verib.Yasamal Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Şərifzadə küçəsi 196 ünvanında Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həyətindəki məcburi köçkünlərin məskunlaşdığı tikilidə yaşayan 2000-ci il təvəllüdlü Abdullayeva Nuşən Ceyhun qızı özünü binadan ataraq intihar edib.14 yaşlı qız yaşadığı evin yaxınlığındakı 14-mərtəbəli binanın damından özünü avtomobil yoluna atıb. O, hadisə yerindəcə keçinib.Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Məktəblinin intihar səbəbləri araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31