Həbsxanada ölüm
Narkomafiyanın üzvü xəstəlikdən dünyasını dəyişdi
30 Aprel 2012 12:48 KriminalBakıda həbsxanada ölüm hadisəsi baş verib. Bu barədə "OLAYLAR"a Nizami rayon Prokurorluğundan məlumat verilib. Hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində baş verib. Orada müalicə alan 1963-cü il təvəllüdlü İsmayıl Ağayev dünyasını dəyişib. Prokurorluqdan bildiriblər ki, məhbus xəstəlikdən dünyasını dəyişib. 2010-cu ildə İsmayıl Ağayev İrandan Azərbaycana narkotik daşıyan dəstə üzvü kimi təqsirləndirilərək həbs edilib və o Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilibmiş.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31