"Hirgan" Milli Parkında baş verən yanğın söndürülüb

Lənkəran rayonu, Şovu kəndində (rayon mərkəzindən 16 km aralı) "Hirgan" Milli Parkın ərazisində 10 ha sahədə kol-kos, ağaclar və qurumuş kötüklər yanıb.Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Milli Parkın ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31