Günün ürəksızladan xəbəri: Bakıda 5 uşağın ölümü polisi də ağlatdı - YENİLƏNİB VIDEO

Dünən axşam saatlarında Şüvəlanda qeyri-çimərlik ərazisində batan 5 uşaqdan ikisinin cəsədinin axtarışları davam edir. Hava küləkli olduğundan axtarış işlərini bir qədər çətinləşdirir. Ancaq hər iki ailənin yaxınları dalğıclardan xəbər gözləyir.

Hadisə avqustun 6-da axşam saat 21:00 radələrində baş verib. 10 yaşlı Kəmalə Qafil qızı Rəcəbova, onun bacısı, 9 yaşlı İlgül Rəcəbova, qardaşı 6 yaşlı Fariz Qafil oğlu Əliyev və qonşuluqda yaşayan bir ailənin iki üzvü - 14 yaşlı Aydan Fikrət qızı Fərziyeva, onun qardaşı, 9 yaşlı Hüseyn Fikrət oğlu Fərziyev dənizə getmək qərarına gəliblər.

Hava küləkli olduğundan uşaqlar həyatı faciə ilə bitib. Hadisə baş verən gün Aydan və Hüseyn Fərziyevlərin və İlgül Rəcəbovanın cəsədi tapılıb. Onların hər üçü bu gün dəfn olunub.

Dövlət Sularda Xilasetmə Xidmətindən bildiriblər ki, uşaqlar xilasetmə məntəqəsindən 7-8 kilometr uzaqlıqda çimiblər. Xidmətin şöbə müdiri Elsəvər Həsənovun sözlərinə görə, axtarışa ümumilikdə 10 nəfər dalğıc qrupu cəlb olunub: "Hazırda havanın qeyri-sabit olması, dənizin dalğalı olması səbəbindən yalnız hidrosikklar vasitəsi ilə axtarış xilasetmə işləri davam etdirilir. Texniki təhlükəsizlik qaydalarına uyğun olaraq axtarış aparmaq qeyri-mümkündür. Amma eyni zamanda sahil boyu patrul xidməti təşkil edilib".

Bir qədər sonra 10 yaşlı Kəmalə Qafil qızı Rəcəbovanın meyiti batdığı yerdən 800-900 metr aralıda, qayaların yanında aşkarlanıb. Azyaşlının meyiti ailəsinə təhvil verilib.

Onun qardaşı 9 yaşlı Fariz Qafil oğlu Əliyevin axtarışları davam etdirilir.

Dövlət Sulardan Xilasetmə Xidməti vətəndaşlara müraciət edərək onları su hövzələrində diqqətli olmağa, azyaşlı uşaqları nəzarətsiz buraxmamağa, qadağan olunmuş yerlərdə ümumiyyətlə çimməməyə çağırıb.

"Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, hələ də bir çox insanlar öz həyalarını təhlükəyə ataraq qeyri-qanuni çimərliklərdən istifadə edirlər ki, bu da sonda bir neçə ailənin faciəsinə səbəb olur. Küləkli havada dənizə girməməyi, valideynlərdən övladlarını nəzarətsiz qoymamaqları xahiş olunur".

-----------
12:48

Batan uşaqlardan üçü bir, ikisi isə bir ailənin üzvüdür

Bakıda çimərlikdə dənizdə batan uşaqlardan ikisinin meyiti hələ tapılmayıb. Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Dövlət Sulardan Xilasetmə Xidmətindən bildirilib.

Məlumata görə, Şüvəlan çimərliyindən 8 km aralıda, qadağan olunmuş ərazidə batan 10 yaşlı Kəmalə Qafil qızı Əliyeva və onun qardaşı, 9 yaşlı Elgün Qafil oğlu Əliyevin axtarışları davam etdirilir.

Dənizdə batan digər üç nəfərin - 6 yaşlı Fariz Qafil oğlu Əliyev, 14 yaşlı Aydan Fikrət qızı  Fərziyeva, onun qardaşı, 9 yaşlı Hüseyn Fikrət oğlu Fərziyevin meyitləri isə tapılaraq ailələrinə təhvil verilib.

Dövlət Sularda Xilasetmə Xidmətindən həmçinin bildirilib ki, məlum hadisəyə valideyn nəzarətsizliyi səbəb olub. Belə ki, həmin uşaqlar dünən axşam saatlarında valideynlərinin nəzarəti olmadan çimərliyə gediblər və nəticədə belə bir faciəli hadisə baş verib.

Dövlət Sulardan Xilasetmə Xidməti vətəndaşlara müraciət edərək onları su hövzələrində diqqətli olmağa, azyaşlı uşaqları nəzarətsiz buraxmamağa, qadağan olunmuş yerlərdə ümumiyyətlə çimməməyə çağırıb.

---------
11:24

Bakı çimərliklərinin birində iki ailənin 5 uşağı eyni vaxta dənizdə boğulub.

Aznews.az-ın məlumatına görə, dünən saat 20:00 radələrində Xəzər rayonu Şimal DRESS qəsəbə sakinləri 14 yaşlı Aydan Fərziyeva, qardaşı 13 yaşlı Hüseyn Fərziyev, 10 yaşlı Kəmalə Əliyeva, qardaşları - 9 yaşlı İlgün Əliyev, Fariz Əliyev Şüvəlan çimərliyində dənizdə çimərkən boğulublar.

Hadisə yerinə Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Nazirliyin dalğıc-xilasediciləri tərəfindən Aydan Fərziyeva, Kəmalə Əliyevanın meyitləri sudan çıxarılıb. Digərlərinin meyitlərinin axtarışı istiqamətində tədbirlər görülür. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31