Oğuzda ağır qəza, ölən və yaralanan var
7 Avqust 2014 16:04 KriminalOğuz rayonunda ağır yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, avqustun 6-da saat 07 radələrində Oğuz rayonu Bucaq kəndinin ərazisində Ağsu rayon sakini Umud Soltanov idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb. Sürücü hadisə yerində ölüb, sərnişini - Sincan kənd sakini Yadigar Mustafayev xəstəxanaya yerləşdirilib. BDYPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31