Göygöldə iki qardaş ata və oğlunu döydü
7 Avqust 2014 16:03 KriminalGöygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən dava olub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, avqustun 1-də Göygöl şəhər sakini Elbrus Bayramov RPŞ-yə ərizə ilə müraciət edərək həmin gün şəhərin ərazisində özünün və oğlu Elnurun naməlum şəxslər tərəfindən döyülməsini bildirib. Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Anar Məmmədov tutulub, qardaşı İlqar isə müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31