"Bandotdel" kafedə əməliyyat keçirdi: alış-veriş baş tutmadı
7 Avqust 2014 14:07 KriminalBakıda külli miqdarda saxta pul dövriyyədən çıxarılıb. "Olaylar"ın Lent.az-a istinadən məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində yerləşən "Ləzzət otağı" kafesində Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Kamil Məmmədov 200 ədəd saxta 100 manatlıq əskinasları satarkən tutulub. Ondan əlavə olaraq 56 ədəd 100 manatlıq, 4 ədəd 50 manatlıq saxta əskinaslar da götürülüb. Faktla əlaqədar BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31