Bakıda ağır qəza: ölən var

Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Biləcəri qəsəbəsi Asəf Zeynllı küçəsində Hidayətov Cahid Cabbar oğlu idarə etdiyi "Zil" markalı yük maşını ilə piyadanı vurub. Nəticədə piyada, 1982-ci il təvəllüdlü Ələkbərov Elşən Abuzər oğlu aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31