İki ailənin 5 uşağı dənizdə boğuldu- Dəhşətli faciə

Bakı çimərliklərinin birində iki ailənin 5 uşağı eyni vaxta dənizdə boğulub."Qafqazinfo" aznews.az-a istinadən xəbər verir ki,  dünən saat 20:00 radələrində Xəzər rayonu Şimal DRESS qəsəbə sakinləri 14 yaşlı Aydan Fərziyeva, qardaşı 13 yaşlı Hüseyn Fərziyev, 10 yaşlı Kamalə Əliyeva, qardaşları - 9 yaşlı İlgün Əliyev, Fariz Əliyev Şüvəlan çimərliyində dənizdə çimərkən boğulublar. Hadisə yerinə Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.Nazirliyin dalğıc-xilasediciləri tərəfindən Aydan Fərziyeva, Kamalə Əliyevanın meyiti sudan çıxarılıb. Digərlərinin meyitlərinin axtarışı istiqamətində tədbirlər görülür.

Şərh Yaz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31