Bakıda baş aşpaz restoranda öldü
Mərkəzdəki restoranda çalışan aşpazın halı qəfildən pisləşib
7 Avqust 2014 11:42 KriminalBakının Səbail rayonu ərazisində yerləşən məşhur restoranlardan birində ölüm hadisəsi baş verib. ANS PRESS-in lent.az-a istinadən verdiyi məlumata görə, avqustun 6-da gecə saatlarında İçərişəhərdə, Asəf Zeynallı küçəsi 22 ünvanında yerləşən "ART Garden" restoranında baş aşpazın halı qəfil pisləşib.Baş aşpaz Sadıqov Tofiq Seyfulla oğluna yardım göstərilməsi üçün təcili tibbi yardıma müraciət edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.İlkin məlumata görə, T.Sadıqov ürək çatışmazlığından ölüb.Faktla bağlı araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31