Musiqiçi doğum günündə özünü öldürdü - AZƏRBAYCANDA

Şamaxı rayonunda intihar hadisəsi baş verib

Rayon Prokurorluğundan APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə Şamaxı şəhərinin Məhəmməd Hadi küçəsindəki beşmərtəbəli binanın damında qeydə alınıb.Binanın 5-ci mərtəbəsindəki 48 saylı mənzildə yaşayan - 1973-cü il təvəllüdlü Mirzəyev Cahid Ağasəməd oğlu binanın damında elektrik naqili ilə özünü asaraq intihar edib. Toy mərasimlərində iştirak edən və Şamaxının tanınmış klarnet ustası olan Cahid Mirzəyevin bu gün 41 yaşı tamam olub. Onun doğum günü özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Məlumata görə, o əvvəllər ailəli olub və boşanıb, övladı yoxdur.Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.    

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31