Bakıda 12 yaşlı uşaqlardan ibarət cinayətkar dəstə ifşa olunub

Bakıda yeniyetmələrdən ibarət cinayətkar dəstə ifşa olunub.Lent.az-ın məlumatına görə, Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 25-də 17 yaşlı Kənan Xaniyevin və Kənan Dadaşlının paltarlarını və mobil telefonlarını oğurlamış 3 nəfər müəyyən edilərək saxlanılıb. Məlum olub ki, oğurluğu 12 yaşlı uşqlardan ibarət dəstə həyata keçirib. Hər 3 şəxs: Bakı şəhər sakinləri Rasim Cavadov, Nikita Tolubiyev və Yevlax rayon sakini Ülvi Qurbanov saxlanılıb. Bildirilir ki, yeniyetmələr əsasən Şıxov çimərliyindəoğurluqla mışğul olurmuş. Araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31