Bakıda yaraq-yasaqlı kişi tutuldu
Binəqədi sakinindən silah və sursat tapılıb
6 Avqust 2014 18:05 KriminalBakının Binəqədi rayonunda silahlı şəxs saxlanılıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşları tərəfindnə həyata keçirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Zeynal Kərimovdan silah tapılıb. Ondan tapılan "Makarov" markalı tapança, 2 ədəd patron darağı və 11 ədəd patron götürülüb. Hazırda onun bu silah və sursatı nə məqsədilə saxladığı araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31