Bakıda oğurluq edən əcnəbi dəstə yaxalanıb
6 Avqust 2014 14:48 KriminalBakıda oğurluqla məşğul olan əcnəbilərdən ibarət mütəşəkkil dəstə yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, oğurluq etdiklərinə görə tutulmuş Roman Moskalyovun və Türkiyə vətəndaşı Kutlu Ali Riza Hamit oğlunun ətrafında Nərimanov RPİ 16-cı, 17-ci və 18-ci PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların Aynur Əlizadəyə, İlahə Abbasovaya, Mehriban Hüseynovaya, Fəzayıl Hüseynova, Qurban Qurbanlıya, Rasim Cəfərova, Aynurə Avnilovaya, Asif Şirinova və Yelena Novikovaya məxsus avtomobillərdən pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31