Dövlət Qoruğunda çətənə kolu aşkarlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən 13 avqust tarixində aparılmış araşdırma zamanı qoruğun Gərəkli sahəsinin 04 saylı dolayında naməlum şəxslər tərəfindən qanunsuz olaraq kol-kosdan təmizlənmiş 0.03 hektar sahədə tərkibində narkotik maddələr olan çətənə bitkisinin əkilib becərilməsi və aqrotexniki qulluq edilməsi faktı aşkar olunub.

Bu barədə məlumatı "Azadinform"a nazirliyin mətbuat xidmətindən veriblər.
Müəyyən olunmuş faktla bağlı Balakən rayon polis şöbəsinə məlumat verilib və hazırda polis şöbəsində araşdırılma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31