Şamaxı rayon sakini qaz tapançasını və vasitələrini polisə təhvil verib. Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Şamaxı rayon sakini Novruz Şahməmmədov "Kartal-2003-Light" markalı qaz tapançasını, 1 ədəd patron darağını, 57 ədəd qaz patronunu və 9 ədəd 9x18 kalibrli patronları könüllü olaraq polisə təhvil verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31