Qazaxda cəbbəxana aşkarlandı
6 Avqust 2014 13:29 KriminalQazax rayonunda silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Qazax RPŞ əməkdaşları tərəfindən Ağköynək kəndinin ərazisindən 1 ədəd "TOZ 63" markalı, 1 ədəd nömrəsiz "TOZ-8" markalı, 1 ədəd lüləsi və qundağı kəsilmiş, 1 ədəd lüləsi və qundağı kəsilmiş yivli tüfənglər, 11 ədəd alışdırıcısız qumbara, 6 ədəd qumbara alışdırıcısı, 1 ədəd mərmi və 48 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31