Bakıda peşəkar idmançıların kütləvi davası: yaralılar var

Kütləvi dava zamanı 3 nəfər bıçaq xəsarəti alıb

Ötən gün saat 15:30-da Bakının Xətai rayonunda kütləvi dava baş verib. Xətai rayon Polis İdarəsi 35-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Nəsrəddin Tusi küçəsi 19 saylı binanın qarşısında baş verib. Mübahisə zaman 1977-ci il təvəllüdlü Azər Akif oğlu Cəfərov, onun qardaşı, 1986-cı il təvəllüdlü Aslan Cəfərov və 1970-cu il təvəllüdlü Telman Saleh oğlu Nuriyev bıçaqlanıblar. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Yaralılardan Azər Cəfərovun vəziyyəti daha ağırdır. Araşdırmalar zamanı hər 3 nəfərin 1988-ci il təvəllüdlü Cavidan Bayram oğlu Qorçuyev tərəfindən bıçaqlanması məlum olub.

Qeyd edək ki, dava iştirkaçıları peşəkar idmançılardır. Cavidan Qorçuyev kikboksinq üzrə Azərbaycan yığmasının heyətində dünya çempionatında medal qazanıb. Davanın səbəbinə gəlincə, ilkin ehtimala görə, mübahisə idmançıların uğur qazanması sahəsində yaranan mübahisə olub. Kimin daha yaxşı nəticə qazanması barədə yaranan mübahisə zamanı söyüş işlədilib. Bu zaman mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə qan tökülüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31