Tanınmış jurnalistin ailəsində faciə
Anar Bayramoğlunun 5 yaşlı qızı 6-cı mərtəbədən yıxılıb ölüb
6 Avqust 2014 11:32 Kriminal"Şərq qəzeti"nin əməkdaşı, tanınmış jurnalist Anar Bayramoğlunun ailəsində faciə baş verib. "OLAYLAR"ın məlumatına görə jurnalistin 5 yaşlı qızı Cavidan yaşadığı binanın 6-cı mərtəbədən yıxılaraq dünyasını dəyişib. Hadisə avqustun 5-də axşam saatlarında Anar Bayramoğlunun yaşadığı mənzild, Bakının Abşeron rayonu ərazisindəki "Abşeron" Gənclər Şəhərciyində baş verib. Uşaq mənzilin mətbəxinin pəncərəsindən yıxılıb. Uşaq dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31