Hədə-qorxu gəlib 3 min manat aldılar
5 Avqust 2014 13:35 KriminalBakıda soyğunçuluq hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyin saytına istinadən verdiyi məlumata görə, əvvəllər də məhkum olmuş Quba sakini Dəyanət Məmmədov Bakı şəhər sakini Habil Hüseynova hədə-qorxu gələrək 3 min manat pul alıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçu tutulub. Faktla bağlı araşdırma başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31