Qazaxda 10 otaqlı ev yanıb
5 Avqust 2014 12:20 KriminalQazax rayonu, Hüseynbəyli kəndində vətəndaşa məxsus 10 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nətivədə ümumi sahəsi 340 kv.m olan ikimərtəbəli 10 otaqlı evin 1-ci mərtəbəsində 6 otağın yanar konstruksiyaları 170 kv.m, 2-ci mərtəbədə 2 otağın yanar konstruksiyaları 100 kv.m və dam örtüyü 170 kv.m sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31