Zaqatalada mağaza yanıb

 Zaqatala rayonu, Mazıx kəndində vətəndaşa məxsus mağazada yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 10 kv.m olan qarışıq mallar mağazasının yanar konstruksiyaları və içərisinə yığılmış qarışıq mallar yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31