Vəhşi heyvanlar musiqiçinin meyitini parçaladı - AZƏRBAYCANDA

Kürdəmirdə intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, rayonun Mürtülü kənd sakini Rahim Məmmədov yaşadığı evin qonşuluğunda yerləşən torpaq sahəsindəki ağacdan özünü asıb.Bildirilir ki, bir həftə əvvəl evdən çıxıb geri qayıtmayan R.Məmmədovun yaxınları bu barədə polisə məlumat veriblər və onun itkin düşdüyünü bildiriblər. Lakin sonradan R.Məmmədovun intihar etdiyi məlum olub.R.Məmmədovun meyiti tapılarkən onun vəhşi heyvanlar tərəfindən qismən parçalanması məlum olub.Qeyd edək ki, intihar edən şəxs musiqiçi kimi fəaliyyət göstərirmiş və klarnet ifaçısı imiş.Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31