Bakıda Türkiyə vətəndaşı tutuldu

Saxlanılanlar bir neçə oğurluqda günahlandırılır

Oğurluq etdiklərinə görə tutulmuş Azərbaycan və Türkiyə vətəndaşının digər cinayət əməlləri də müəyyən edilib. "Olaylar"ın  Anspress-ə istinadən məlumatına görə, əməliyyat Nərimanov rayon Polis İdarəsinin 16-cı, 17-ci və 18-ci polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilib. Əməliyyat zamanı oğurluq etdiklərinə görə tutulmuş Roman Moskalyovun və Türkiyə vətəndaşı Kutlu Alı Riza Hamit oğlunun ətrafında aparılmış əməliyyat tədbirlərilə onların Bakı şəhər sakinləri Nicat Abdullayevə, Xəyalə Aslanovaya, Samirə Qocayevaya və Emil Ramazanova məxsus avtomobillərdən pul, sənəd, qızıl və məişət əşyaları oğurladıqları məlum olub. Habelə, onların İsaabdulla Quliyevə və Təranə Hümmətovaya məxsus velosipedləri oğurlamaları müəyyən edilib. Saxlanılan şəxslərlə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31