Konfetin içərisindən narkotik çıxdı
4 Avqust 2014 13:57 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 maddəsinə əsasən 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Cəfər Əli oğlu Mehdiyevə vətəndaş Ramil Rafiq oğlu Ağayev tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, baxış zamanı onun gətirdiyi konfetlərin içində xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə xalis çəkisi 2.19 qram olan narkotik vasitə - həşiş qətranı və 1 ədəd sellofan bükülüdə xalis çəkisi 0.754 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31