Oğuzda 4 otaqlı ev yandı

Oğuz rayonu, Kərimli kəndində vətəndaşa məxsus 4 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 108 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları qismən yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31