Azərbaycanda 14 və 16 yaşlarında iki əmioğlu boğulub

Lənkəranda iki yeniyetmə çayda boğulub. Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə avqustun 3-də axşam saatlarında rayonun Rvo kəndi ərazisində qeydə alınıb. Rayonun Şağlakücə kənd sakini, 2000-ci il təvəllüdlü Rəvan Xəyyam oğlu Muradov və onun Sumqayıt şəhərindən qonaq gəlmiş əmisi oğlu, 1998-ci il təvəllüdlü Azər Rəhman oğlu Muradov Lənkərançayın kənddən keçən hissəsində çimərkən boğulub. Hər iki yeniyetmənin meyiti yerli sakinlər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31